| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illik yekunlarına həsr olunmuş beynəlxalq konfrans keçirəcək

2011-12-05 04:25:00

7 dekabr 2011-ci il tarixində saat 09.30-da Strateji Araşdırmalar Mərkəzi(SAM) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə "Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra qazanılmış nailiyyətlərə, ölkədə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni islahatlara nəzər salmaq, gələcək inkişaf prioritetlərinə və ssenarilərinə baxışın müəyyən edilməsinə dair fikir mübadiləsi aparmaqdır.  

Konfransın əsas müzakirə mövzuları - İqtisadi artım və yoxsulluğun azaldılması, İnsan İnkişafında nailiyyətlər və Minilliyin İnkişaf Məqsədləri, neft strategiyası – tətbiqi və gələcək planlar, davamlı inkişaf üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, quruculuq naminə resursların istifadəsi, mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğunun növbəti addımları, biliklərə əsaslanan dövlət quruculuğu, qadınların cəmiyyətdə və iqtisadiyyatda bərabər tərəfdaşlığı, növbəti nəslin profili – gənclər Azərbaycanın gələcəyi üçün, çoxşaxəli iqtisadiyyatda məhsuldar aqrobiznes, artımın və ətraf mühitin mühafizəsinin balanslaşdırılması, qloballaşma və rəqabətli iqtisadiyyat şəraitində iş yerlərinin yaradılması, turizm – diversifikasiyanın aparıcı qüvvəsi, Azərbaycanın çoxşaxəli iqtisadiyyatına aparan yollar  və s. məsələlər   olacaqdır.

Tədbirə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri, elm və təhsil müəssisələrinin, vətəndaş  cəmiyyətinin, ölkənin aparıcı KİV-lərinin təmsilçiləri, yerli və beynəlxalq ekspertlər də daxil olmaqla 300 nəfər  iştirakçı dəvət edilmişdir.

Onuda qeyd edək ki, tədbir canlı Twitter konfrans formatında keçiriləcək. Strateji Araşdırmalar Mərkəzinin Twitter səhifəsini (SAM_Baku) izləyin.  Tədbirin həştəqi - Azerbaijan20.

Vaxt: 7 dekabr 2011-ci il, saat 09.30 - 16.15

Məkan: "Hilton Bakı”  mehmanxanasının "Sevda” zalı (ünvan: Azadlıq prospekti 1) 



 

: 352