| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş Ümumrespublika məqalə müsabiqəsinə yekun vurulmuşdu

2011-10-14 03:36:00

2011-ci il 13 oktyabr tarixində "Hilton-Bakı” otelində Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimini keçirilmişdir. Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, millət vəkilləri, ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rektorları, elm və təhsil xadimləri iştirak etmişdirlər. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil qabiliyyətlərinin aşkara çıxarılması idi

Tədbiri giriş nitqi ilə açan Strateji Araşdırmalar Mərkəzi (SAM) direktor müavini Gülşən Paşayeva çıxış edərək bildirmişdir ki, ümumilikdə münsiflər heyətinə 100-ə yaxın məqalə təqdim olunmuşdur. Onların arasında 3 sahə üzrə 10 qalib müəyyən olunmuşdur. Qaliblərdən biri iqtisadiyyat üzrə Qran-pri mükafatına layiq görülmüşdür.

Digər çıxış edənlər MM-sin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, MM-sin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov və Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müsabiqənin əhəmiyyətindən danışmışdırlar.

Səməd Seyidov qeyd etmişdir ki, Azərbaycanda gənclərə öz istedadlarını üzə çıxarmaq üçün geniş imkanlar yaradılmışdır. Onun sözlərinə görə, müsabiqəyə təqdim edilən elmi tədqiqat işləri dünya standartlarına cavab vermişdir.

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə dövlətin təhsil siyasəti barədə danışmışdır. O qeyd etmişdir ki, hər il büdcədən təhsil sahəsinə ayrılan vəsaitin miqdarı artırılmaqdadır. Elm Fondunun maliyyələşdirilməsi üçün ayrılan vəsait də ötən ilə nisbətən artırılaraq 6,6 milyon manata çatdırılmışdır. Bununla bərabər E. Babayev gənc tədqiqatçıları Elm Fondu ilə əməkdaşlıq etməyə çağırmışdır. 
SAM-ın şöbə müdiri, layihənin rəhbəri Tahirə Allahyarova layihənin Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində təşkilinin əhəmiyyətini vurğulamışdır: "Biz bilmək istədik ki, Azərbaycanın dövlət müstəqilliyinin həmyaşıdları olan tələbə-gənclər müstəqilliyimiz barədə nə düşünürlər. Ona görə də biz bu müsabiqəyə müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində yekun vururuq”. Müsabiqədə ən fəal iştirakçılar BDU-nun, Dövlət İdarəçilik Akademiyasının və Qafqaz Universitetinin nümayəndələri olmuşdurlar. Qaliblər arasında isə müvafiq olaraq BDU-nun və Qafqaz Universitetinin tələbələri (hər universitet üzrə 3 yer) fərqlənmişdirlər. 
Tədbirdə qeyd olunmuşdur ki, bugünkü Azərbaycan gəncliyi yüksək səviyyədə dünya arenasında və ölkəmizdə öz bacarıq və qalibiyyətlərini layiqincə nümayiş etdirməyi bacarır. Hazırda Azərbaycanın dünyada qəbul olunmuş inkişaf modeli mövcuddur. Xaricdə təhsil alan tələbələrimiz Azərbaycanın uğurlarını, tarixi həqiqətlərini bu məqalələrdə əks etdirərək böyük uğurlara imza atmışdırlar. 
İştirakçılar arasında 10 tələbə qalib elan olunmuşdur, daha 13 tələbəyə isə sertifikatlar verilmişdir. Mərasimin sonunda qaliblərə diplom, sertifikat və mükafatlar təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir. 



 

: 774