| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da “Dünya enerji sisteminə baxış 2011” adlı hesabatın təqdimatı keçiriləcək

2011-12-01 04:26:00

2 dekabr 2011-ci il tarixində saat 16.00-da Strateji Araşdırmalar Mərkəzində Beynəlxalq Enerji Agenliyinin hazırladığı "Dünya enerji sisteminə baxış 2011” (World Energy Outlook 2011) adlı xüsusi hesabatın təqdimatı keçiriləcək. Hesabat Beynəlxalq Enerji Agentliyinin vitse-prezidenti, səfir Riçard Cons tərəfindən təqdim olunacaq.  

Səfir Riçard Cons Beynəlxalq Enerji Agentliyinin hazırladığı və noyabrın 9-u işıq üzü gördüyü "Dünya enerji sisteminə baxış 2011” hesabatı haqqında məlumat verəcək, qlobal enerji bazarlarının durumunu, bu sahədə yürüdülən siyasəti, enerjiyə olan gələcək tələb və təklif mexanizmlərini müzakirə mövzusuna çevirəcək. Dünya enerji sisteminin qarşılaşdığı problemlər, sərmayələrin neft-qaz sektoruna cəlb olunmasında yaranan maneələr, nüvə enerjisinin istifadəsinin sürətlə azalması prosesi, dünyanın kömür hasilatına tələbatının artması, iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, bərpa olunan enerji hasilatına dəstək və s. önəmli məsələlər hesabatın əsas mövzusudur. Bundan əlavə "Dünya enerji sisteminə nəzər 2011” hesabatında Rusiyanın enerji siyasəti, xüsusilə onun Xəzər dənizi hövzəsi daxil olmaqla dünya bazarlarındakı mövqeyi geniş təhlil olunmuşdur.

Tədbir ingilis dilində keçiriləcək. 



 

: 80