| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da "Malvina/Falkland adaları ətrafında mübahisə və beynəlxalq hüquq" mövzusunda dəyirmi masa keçirilmişdir

2015-08-19 12:17:40

19 avqust 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Malvina/Falkland adaları ətrafında mübahisə və beynəlxalq hüquq" mövzusunda dəyirmi masa keçirilmişdir.  

 

Tədbirdə argentinalı hüquqşünas, Beynəlxalq Hüquq İnstitutunun (Institut de Droit International) üzvü, eləcə də Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun (Graduate Institute of International and Development Studies, Geneva) professoru Marselo Kohen məruzə ilə çıxış etmişdir.

 

Məruzədə suverenlik ilə bağlı mübahisə doğuran iddialar və bu baxımdan dekolonizasiya kontekstində tətbiq edilən müvafiq qaydalar, o cümlədən ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri müzakirə edilmişdir.

 

Eləcə də beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər nəzərdən keçirilmişdir.

 

Tədbirin sonunda qonaq iştirakçıları və jurnalistləri maraqlandıran suallara cavab vermişdir.



 

: 2390