| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da "Təbii Resursların “Lənətinin” Fövqündə" kitabı təqdim edilmişdir

2012-02-23 16:10:00

23 fevral 2012-ci ildə Strateji Araşdırmalar Mərkəzində (SAM) Brenda Şafer və Taleh Ziyadovun "Təbii Resursların "Lənətinin” Fövqündə” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
SAM-ın direktor müavini Gülşən Paşayeva tədbiri giriş sözü ilə açaraq kitabın ictimaiyyət üçün əhəmiyyətini qeyd edib.

Kitabın həmmüəlliflərindən biri, Hayfa Universitetinin Siyasi Elmlər Məktəbinin baş müəllimi və Azərbaycan Diplomatik Akademiyasının qonaq professoru Brenda Şafer bildirmişdir ki, böyük neft və qaz ehtiyatlarının aşkarlanmasını hər bir dövlət məmnuniyyətlə qarşılayır: "Təəccüblü görünsə də, əgər resursla zəngin dövlətlər yalnız təbii sərvətlərdən əldə olunan gəlirlərə ümud edirlərsə, o zaman zəif iqtisadi nəticələr və idarəetmədə problemlərlə qarşılaşacaqlar.”

Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov qeyd etmişdir ki, yalnız resursla zəngin bəzi ölkələrdə düzgün iqtisadi inkişaf istiqaməti seçilib və cəmiyyətin böyük hissəsinin sosial rifahı təmin olunub: "Bu fenomen, enerji ixrac edən ölkələrdə resursların lənəti adlanır.”

SAM-ın baş elmi işçisi Vüsal Qasımlı Azərbaycanın "orta gəlir tələ”sindən çıxa bilməsini vurğulamışdır. O həmçinin, qeyd etmişdir ki, Azərbaycanda romb-şəkilli cəmiyyət dayanıqlı inkişafın sübutudur.
Təqdimat mərasimində hökumət və diplomatik nümayəndəliklər, akademik və təhsil institutlarının və aparıcı media qurumlarının nümayəndələri iştirak etmişlər.


 

: 674