| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin rəsmi beyin mərkəzləri arasında memorandum imzalanmışdır

2015-05-08 13:16:50

8 may 2015-ci il tarixində SAM-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin rəsmi beyin mərkəzlərinin iclası keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Ağsaqallar Şurasının üzvü, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Ramil Həsənov, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Jandos Asanov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Ali Resul Üsul, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Yerlan Karin, Qırğız Respublikasının Strateji Araşdırmalar üzrə Milli İnstitutunun direktoru Talant Sultanov və Macarıstan Respublikasının Xarici Əlaqələr və Ticarət İnstitutunun baş direktorunun müavini Laszlo Vaso məruzələrlə çıxışlar etmişlər. 

 

Görüşdə rəsmi beyin mərkəzləri arasında əməkdaşlıq məsələləri, “Türk Şurasının üzv dövlətlərinin rəsmi xarici siyasi araşdırmalar mərkəzləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və digər məsələlər müzakirə olunmuşdur.

 

Tədbirin sonunda Anlaşma Memorandumunun imzalanması və mətbuat konfransı keçirilmişdir.  

 



 

: 1965