| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktor müavini Almata şəhərinə səfər edəcək

2017-06-17 07:17:52

19-20 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Dr. Gülşən Paşayeva  Mərkəzi Asiya üçün BMT-nin  Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin və BMT Qadınlar təşkilatının birgə təşkilatçılığı ilə “Mərkəzi Asiyada münaqişələrin qarşısının alınmasında qadınların və gənclərin rolu” mövzusunda keçiriləcək seminarda çıxış etmək məqsədilə Almata (Qazaxıstan) şəhərinə səfər edəcəkdir.


Tədbirdə Mərkəzi Asiya ölkələrinin Strateji Araşdırmalar İnstitutlarının, müvafiq dövlət qurumlarının və eləcə də digər ölkələrin, regional təşkilatlarının nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı gözlənilir.


Seminarda SAM – ın direktor müavini Gülşən Paşayeva “Davamlı sülh və təhlükəsizlik konteksində qadınların və gənclərin rolu” mövzusunda çıxış edəcəkdir.




 

: 495