| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktor müavini Pekinə səfər edəcək

2017-08-08 06:05:17

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva  Çinin Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən 10-11 avqust 2017-ci il tarixində  "Asiyanın Ürəyi - İstanbul Prosesi çərçivəsində həyata keçirilən infrastruktur quruculuğunda əməkdaşlıq” mövzusunda keçiriləcək beynəlxalq konfransda çıxış etmək məqsədilə Pekin (Çin Xalq Respublikası) şəhərinə səfər edəcəkdir. 


Tədbirdə Asiyanın ürəyi regionunu təmsil edən 14 üzv ölkənin ekspertlərinin iştirakı ilə Əfqanıstandakı sülh prosesinə dəstəyin verilməsi, bu ölkədə təhlükəsizlik və rifahın təmin edilməsi üçün regional əməkdaşlıq və nəqliyyat sistemlərinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

 



 

: 104