| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM elmi-tədqiqat sahəsində əməkdaşlığını genişləndirir

2011-12-19 11:50:00

SAM-ın direktor müavini Gülşən Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti 12-18 dekabr tarixində Polşada elmi ezamiyyətdə olmuşdur. Səfər çərçivəsində SAM-ın aparıcı ekspertləri Rəşad Kərimov və Vüsal Qasımlı, həmçinin Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramının direktoru Aygün Hacıyevadan ibarət olan nümayəndə heyəti Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramı və Azərbaycan: çağırışlar və perspektivlər mövzusunda təşkil edilmiş konfransda iştirak etmiş, bu ölkənin bir sıra aparıcı araşdırma mərkəzləri ilə tanış olmuş və onların ekspertləri ilə görüşmüşlər. Səfər çərçivəsində SAM və Varşava Universitetinin Siyasi Təhlillər Mərkəzi arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Memorandum də imzalanmışdır.


Dekabrın 13-də SAM, Azərbaycan Respublikasının Polşadakı səfirliyi, Polşanın Beynəlxalq Münasibətlər İnstitutu (PİSM) və Dövlət İdarəçiliyi üzrə Milli Məktəbin (KSAP) birgə təşkilatçılığı ilə "Avropa Ittifaqı "Şərq Tərəfdaşlığı" proqramı və Azərbaycan: çağırışlar və perspektivlər” mövzusunda təşkil olunmuş və 100-ə yaxın iştirakçını bir araya gətirmiş konfransda SAM-ın aparıcı elmi işçiləri Vüsal Qasımlı, Rəşad Kərimov, ADA-nın əməkdaşı Aygün Hacıyeva, eləcə də Polşa tərəfindən Sobieski Institutunun eksperti Tomasz Chmal, müstəqil ekspert Maciej Voźniak, Polşa XİN-nin nümayəndəsi Jarosław Dziedziç və Polşanın Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndəsi Igor Lyubaşenko məruzələrlə çıxış etmişlər. Müzakirələrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, təhlükəsizlik məsələləri, Aİ-nin Dağlıq Qarabağ probleminin həllinə daha yaxından cəlb edilməsi, Azərbaycanda demokratik inkişaf və insan haqları sahəsindəki vəziyyət müzakirə edilmişdir. Dekabr 14-də PİSM, KSAP və SAM tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmüş qapalı dəyirmi masa keçirilmişdir.
Dekabrın 15-də SAM və Varşava Universitetinin Siyasi Təhlil Mərkəzi arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Memorandun-saziş imzalanmışdır. Sazişin məqsədi – elmi tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müasir siyasi, sosial-iqtisadi, mədəniyyət və sivilizasiya problemləri sahəsində təcrübə mübadiləsi və məsləhətləşmələrin aparılmasıdır. Sazişin imzalanması mərasimində Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov iştirak etmişdir.
Polşaya səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Varşava Universitetinin Şərq İnstitutunun və Polşa Respublikasının Şərq Araşdırmalar Mərkəzinin ekspertləri ilə təşkil edilmiş görüşlərdə iştirak etmiş, Kazimir Pulaski Fondunun "Azərbaycanın enerji siyasəti - Rusiya, İran və Türkiyə ilə münasibətlər"  və Avropa Diplomatik Akademiyasının təşkil etdiyi "Azərbaycanın xarici siyasəti” mövzularında keçirilmiş tədbirlərə əsas məruzəçi qismində qatılmışlar.
Səfər çərçivəsində SAM-ın nümayəndə heyəti həmçinin Azərbaycan Respublikasının Polşadakı səfirliyinin təşkil etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş xüsusi tədbirdə iştirak etmişdir.




 

: 1044