| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığın gələcəyi: Yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir

2015-03-17 00:24:03

2015-ci il mart ayının 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Strateji və Beynəlxalq Münasibətlər üzrə Gürcüstan Fondunun, Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin və Qafqaz Strateji Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığın gələcəyi: Yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 


Konfransa yüzdən çox qonaq o cümlədən beyin mərkəzlərinin nümayəndələri, tanınmış alimlər və dövlət rəsmiləri qatılmışdı.


Müzakirələr üç paneldə həyata keçirildi. Konfrans öz işinə Strateji və Beynəlxalq Münasibətlər üzrə Gürcüstan Fondunun direktoru Dr. Aleksandr Rondeli, Gürcüstanın Xarici İşlər Nazirinin müavini Gigi Gigiadze, SAM-ın direktoru Fərhad Məmmədov və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Ali Rəsul Usul qonaqları salamlama nitqləri başladı. Konfransın "Dəyişən geosiyasi bölgədə regional təhlükəsizliyin və üçtərəfli əməkdaşlığın təmini" başlıqlı birinici sessiyasının moderatoru F. Məmmədov, çıxışçıları isə Dr. Ali Rəsul Usul, Aleksandr Rondeli, SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Dr. Cavid Vəliyev, İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun Baş Elmi işçisi Nona Mixelidze olmuşdur.


"İqtisadi Əməkdaşlıqda yeni perspektivlər" başlıqlı ikinci sessiyanın moderator Dr. Ali Rasul Usul, çıxışçıları isə Gürcüstanın İqtisadi İnkişaf və Davamlı İnkişaf Nazirinin müavini Mixeil Canelidze, Gürcüstan İnvestisiya Agentliyinin İnvestisiya müşaviri Aleksand Papiaşvili, Azərbaycan İqtisad Univesitetinin Beynəlxalq İqtisadi Əlaqələr Fakultəsinin dekanı  Dr. Anar Rzayev, Britaniyanın Metkins Ltd Konsultinq qrupunun Enerji Eksperti Con Roberts, Türkiyə Mərkəzi Bankının İdarə heyətinin üzvü Loğman Gündüz olmuşdur.


"Nəqliyyatda yollarında yeni imkanlar: "Şərq-Qərb İpək yolu üzərində üçtərəfli əlaqələ üçün imkanlar" başlıqlı sessiyanın moderatoru Strateji və Beynəlxalq Münasibətlər üzrə Gürcüstan Fondunun Avropa ittifaqı Tədqiqatları Mərkəzinin direktoru Kaxa Gogolaşvili olmuşdur. Sessiyanın digər çıxışçıları Abant İzzet Baysal Universitetinin professor Dr. Kamer Kasim, SAM-ın Elmi İşçisi Mahir Hümbətov, Çinin Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa İnstitutunun şöbə müdiri Zhao Huirong və Gürcüstanın İqtisadi İnkişaf və Davamlı İnkişaf Nazirliyinin Nəqliyyat Siyasi Departamentinin müavini Qoqita Gvenetadze olmuşdur.






 

: 2801