| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM ilə birgə TASİM layihəsinin təqdimatı

2014-09-03 12:11:08

Azərbaycanın həyata keçirdiyi regional “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi ilə bağlı Çində təqdimat keçiriləcək. 

 

TASİM (Trans-Avrasiya Super Informasiya Magistralı) Layihəsinin  akademik işləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən həyata keçirilir.

 

Layihə üzrə yazılar artıq bir çox ölkələrdə, habelə İtaliyada, Çin Xalq Respublikasınında tanınmış mütəxəssislər tərəfindən araşdırılıb elmi məqalə formasında hazırlanmışdır.

 

ÇXR-in ən nüfuzlu beyin mərkəzlərindən biri olan Müasir Beynəlxalq Akademiyasının İnformasiya və Cəmiyyətin İnkişafı Araşdırmaları üzrə şobəsinin müdir müavini, professor xanım Tan Lan tərəfindən “China’s Informatization Experience and Its Reference Significance for the TASIM Project” adlı yazı hazırlanıb broşür şəklində SAM tərəfindən çap olunmuşdur.

 

Məlumat üçün bildirək ki, Çinin Müasir Beynəlxalq Akademiyası müxtəlif regionları araşdıran 11 departamentə, 400-dən artıq işçi heyətə və 150-dən çox baş elmi işçiyə malikdir. ÇXR-də beynəlxalq tədqiqatlar üçün ən böyük, qədim və ən nüfuzlu beyin mərkəzlərindən biri hesab olunur.

 

Sözügedən yazı ilə əlaqədar yuxarıda qeyd olunan Akademiyada SAM ilə birgə TASİM-in layihəsi üzrə hazırlanmış broşürun 2014-cü ilin sentyabr ayının 17-si tarixində təqdimat mərasimi və eyni zmanda səfər çərçivəsində dəyirmi masa və konfrans keçirələcəkdir.


Chinas Informatization Experience and Its Reference Significance for the TASIM Project.pdf



 

: 712