| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru Türkmənistana səfər etmişdir

2014-06-17 09:08:23

17 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabad şəhərinə səfər etmişdir.


Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin məsul işçisi Ramil Tağıyev və SAM-ın elmi işçisi Azad Qəribov daxildir.

 

Səfər çərçivəsində SAM-ın direktoru Fərhad Məmmədovun Türkmənistanın Azərbaycandakı səfiri Toylı Koməkovun müəllifi olduğu «Türkmənistan:Sülhvəinkişafstrategiyası»  adlı kitabın təqdimat mərasimində və eyniadlı beynəlxalq konfransda çıxışı, eləcə də, bu ölkənin Xarici İşlər Nazirliyi, Diplomatiya Akademiyası və Strateji Planlaşdırma və İqtisadi İnkişaf İnstitutunda  görüşləri nəzərdə tutulmuşdur.



 

: 658