| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Cenevrə şəhərinə səfər etmişdir

2014-06-23 10:30:20

23–24 iyun 2014-cü il tarixlərində Azərbaycan Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Mahir Hümbətov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının dəvəti ilə (UNECE) İsveçrənin Cenevrə şəhərinə səfər etmişdir. 

 

Mahir Hümbətov səfər çərçivəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Dövlət-Özəl Əməkdaşlığıüzrə ekspertlərqrupunun 6-cı sessiyasında iştirak edəcək. O, post-Sovet məkanında "Dövlət-Özəl Əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edəcək və özəl sektorun inkişafı, Dövlət-Özəl Əməkdaşlığı sahəsində beynəlxalq standartlar, səhiyyə, su və sanitariya, informasiya və kommunikasiya texnologiyaları, yollar, bərpa olunan enerji, satınalmalar zamanı şəffaflıq və s. mövzularda  müzakirələrə qatılacaq. 

 

Tədbirdə BMT və onun bir neçə ixtisaslaşmış qurumu, Dünya İqtisadi Forumu, Deutsche Bank, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə institutları, Dünya Səhiyyə Təşkilatı, Ernst&Young, Böyük Britaniya maliyyə nazirliyi və 60-dan çox ölkədən müxtəlif məmurlar və ekspertlər iştirak edəcək.



 

: 658