| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın ekspertləri Londonda səfərdədir

2013-10-29 17:53:45

29 – 31 oktyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertləri Mahir Hümbətov və Zaur Şiriyev Dünya İslam İqtisadi Forumunun dəvəti ilə həmin təşkilat tərəfindən təşkil edilmiş 9-cu Dünya İslam İqtisadi Forumunda "Dəyişən dünya və yeni əlaqələr” ("Changing world and new relationships”) mövzusuna həsr edilmiş konfransda iştirak etmək üçün Londona (Böyük Britaniya) səfər ediblər.   

Ümumiyyətlə, tədbirdə "Dəyişən dünyada inkişaf üçün siyasi çərçivə" (Policy framework in a changing world),”Dəyişən dünyada biznes qaydaları” (Doing business in a changing world), "İntellektual şəhərlər” (Smart cities), "Gələcəyi dizayn etmə” (Designing the future), "İslam maliyyəsi üzrə qlobal standarların uyğunlaşdırıması” (Harmonizing global standards on İslamic finance), "Onlayn bazarın kapitallaşdırılması" (Capitalizing online market), "Korporativ dünyada qadınlar" (Women in corporate world), "Dəyişən dünyada mikromaliyyələşdirmənin rolu" (Role of microfinance in a changing world) və s. kimi siyasi və iqtisadi mövzuların müzakirəsi planlaşdırılır.
 
Tədbirdə Malayziyanın Baş Naziri Nacib Tun Abdul Razak, Malayziyanin Ticarət Naziri Seri Mustafa Muhamed, Böyük Britaniyanın Ticarət və İnvestisiya Naziri Lord Stephen Green, İordaniyanın Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Naziri İbrahim Saif, İslam İnşkişaf Bankının Prezidenti Əhməd Məhəmməd Əli, Bəhreynin Nəqliyyat Naziri Kamal bin Əhməd, Böyük Britaniyanın Xarici İşlər Naziri Baroness Varsi, London şəhərinin meri Boris Conson, Malayziyanın Mərkəzi Bankının sədri Zeti Axtar Aziz, Omanın Mərkəzi Bankının sədri Hamood Sangur Al Zadcali, BƏƏ-nin Dubay Beynəlxalq Maliyyə Mərkəzinin sədri Abdulla Muhammed Saleh, BƏƏ-nin Mərkəzi Bankının sədri Sultan Bin Nasser Al Suaidli, özəl sektorda fəaliyyət göstərən Landrover, Atkins, Oasis, PWC kimi nəhəng şirkətlərin məmurları, CNN, BBC, Aljazira, Guardian, Economist kimi media nəhənglərinin yüksək nümayəndələri də iştirak edəcək. 


 

: 409