| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın ekspertləri Tel-Əviv və Brüsselə səfər edəcək

2013-12-02 12:52:37

5 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçiləri Heydər Mirzə və Kamal Makili-Əliyev İsrailin Tel Əviv şəhərində keçiriləcək "Enerji, Təhlükəsizlik və Strategiya” adlı beynəlxalq konfransda iştirak edəcək.
 
Tədbir Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu (ABŞ), Kalqari Universitetinin İctimai İdarəetmə Məktəbi (Kanada), Texnion Texnologiya İnstitutu (İsrail) və Yəhudi Milli Təhlükəsizlik İnstitutu (İsrail) tərəfindən təşkil olunmuşdur.
 
Konfransda 200-dən çox hərbçi, təhlükəsizlik və xüsusi xidmət mütəxəssisləri, neft və qaz borularının qorunması və qlobal təhlükəsizlik sahəsində ekspertlər iştirak edəcək. 
 
Azərbaycan nümayəndə heyəti tədbirdə "İsrailin periferiya diplomatiyası konsepsiyası” və "Cənubi Qafqazda enerji təhlükəsizliyi” mövzusunda məruzələrlə ilə çıxış edəcək.  
 
5-6 Dekabr 2013-cü il tarixlərində SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Dr. Rövşən İbrahimov NATO-nun İctimai Diplomatiya Şöbəsinin dəvəti ilə Brüsselə səfər edəcək.
 
Səfər zamanı NATO-nun regionda apardığı fəaliyyət və eyni zamanda NATO-Azərbaycan münasibətləri müzakirə olunacaq.



 

: 420