| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın elmi işçisi ÇXR-da “Bir kəmər və bir yol təşəbbüsü və Azərbaycanın nəqliyyat strategiyası” mövzusunda çıxış edəcək

2016-11-21 09:34:25

23-29 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin elmi-işçisi Azad Qəribov "Bir kəmər və bir yol" Şanxay Forumu çərçivəsində "Bir kəmər və bir yol" təşəbbüsü və Qafqaz və Mərkəzi Asiyada stabillik və inkişaf" mövzusunda konfransda iştirak və çıxış etmək üçün ÇXR-nın Şanxay və Pekin şəhərlərinə səfər edəcəkdir.  


Azad Qəribov 23-25 noyabr 2016-cı il tarixlərində Şanxay Universiteti və Çinin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun təşkilatçılığı ilə "Bir kəmər və bir yol" Şanxay Forumu çərçivəsində "Bir kəmər və bir yol" təşəbbüsü və Qafqaz və Mərkəzi Asiyada stabillik və inkişaf" mövzusunda konfransda “Bir kəmər və bir yol təşəbbüsü və Azərbaycanın nəqliyyat strategiyası” mövzusunda çıxış edəcək.


Daha sonra, səfər çərçivəsində 26-29 noyabr 2016-cı il tarixlərində Pekində  Çinin Sosial Elmlər Akademiyasında müzakirələr və görüşlər nəzərdə tutulub. 



 

: 412