| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın elmi işçisi Nəcibə Mustafayeva Moskvada keçirilən konfransda məruzə ilə çıxış etmişdir

2017-05-01 07:26:37

27 aprel 2017- ci ildə Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayeva Moskvada Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında keçirilən “XXI-ci əsrdə beynəlxalq münasibətlərin transformasiyası: Çağırışlar və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfransında məruzə ilə çıxış etmişdir.


 N. Mustafayeva Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 25 illiyinə həsr edilmiş çıxışında Azərbaycanın bu müddət ərzində həyat keçirdiyi xarici siyasət və onun əsas konseptual prinsipləri, beynəlxalq təşkilatlardakı fəaliyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələlərinə toxunub. Çıxış zamanı Dr. Mustafayeva onu da qeyd etmişdir ki, Azərbaycanın hazırda həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasəti nəticəsində ölkəmiz regionda əhəmiyyətli layihələrin təşəbbüskarına və etibarlı tərəfdaşa çevrilmişdir. 



 

: 506