| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın elmi işçisi “Gürcüstan Müdafiə və Təhlükəsizlik” konfransında çıxış edəcək

2013-06-27 06:32:14

27 – 29 iyun 2013-cü il tarixlərində SAM-ın aparıcı elmi işçisi Zaur Şiriyev "Gürcüstan Müdafiə və Təhlükəsizlik” konfransında çıxış etmək üçün Batumi (Gürcüstan) şəhərinə səfər edəcək.

2006-cı ildən etibarən Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransı regional və beynəlxalq perspektivlərdən irəli gələn müdafiə və təhlükəsizlik sahəsindəki tendensiya və problemlərin həll edilməsi üçün Cənubi Qafqaz regionunda  dəyərli və unikal təhlükəsizlik forumuna çevrilmişdir. Konfrans siyasətçiləri, ekspert və hökumət nümayəndələrini, qeyri-hökumət və beynəlxalq təşkilatları, həmçinin müzakirə, debat və bu sahədə gələcək perspektivlər haqda dialoqlar hazırlayan təhsil müəssisələrini bir araya gətirir.

Tədbirdə "Avro-Atlantik Təhlükəsizlik Gündəliyinin İdarəsi: Tendensiyalar və Siyasət”, "Böyük Qara Dəniz Regionu: Avropa Əməkdaşlığı və Avro-Atlantik Təhlükəsizlik və Stabillik üçün Strateji İmperativ  (Əmr)”, "Gürcüstanın Demokratik Gündəliyi:Avro-Atlantik İnteqrasiyanın İrəliləyişi”, "Gürcüstanın Müdafiə Siyasəti və Perspektivləri”, "NATO-nun Genişlənməsi: Namizəd Ölkələrin Tendensiya və Perspektivləri”, "NATO İSAF: 2014-cü ildən sonraya Ümumi Baxış və Çıxarış” mövzularında müzakirələr nəzərdə tutulub.


 

: 366