| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın əməkdaşı Afinaya səfər etmişdir

2014-12-15 10:06:24

9 dekabr 2014-cü il tarixində SAM-ın məsləhətçi eksperti Nəcibə Mustafayeva “Yunan-Azərbaycan əlaqələrinin inkişafında qadının və gənc nəslin rolu” mövzusunda beynəlxalq konfransda iştirak və çıxış etmək üçün Afina (Yunanıstan) şəhərinə səfər etmişdir.

“Yunan-Azərbaycan əlaqələrinin inkişafında qadının və gənc nəslin rolu” mövzusunda olan beynəlxalq konfransı Yunanıstan Respublikasının Daxili İşlər Nazirliyinin İrqlərin Bərabərliyi Katibliyi və Yunan-Azərbaycan Gənclər Mərkəzi birgə təşkil etmişdir.


Konfransda  Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev da çıxış etmişdir.


Tədbirdə SAM-ın əməkdaşı Nəcibə Mustafayeva “Qadın hüquqları və Azərbaycan Respublikasının dövlət qadın siyasəti” mövzusunda çıxış etmişdir.



 

: 2102