| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti ABŞ-a rəsmi səfər edəcək

2013-04-26 10:43:36

29 aprel – 8 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı və elmi işçilərdən ibarət nümayəndə heyəti ABŞ-a rəsmi səfər edəcək. 

Səfər zamanı bir neçə konfransın keçirilməsi, ABŞ-ın nüfuzlu beyin mərkəzləri və universitetlərində mühazirələr nəzərdə tutulub. 

Tədbirlərdə "Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr”, "Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində  mövcud vəziyyət və mümkün çıxış yolları”, "Nabukko sonrası: Yenilənmiş Cənub qaz dəhlizi və Avropanın enerji təhlükəsizliyi”, "Azərbaycan-Gürcüstan-Türkiyə: Strateji Alyansın Paradoksları və Çağırışları”, "Azərbaycan-İran münasibətləri: gələcək dinamikanı müəyyənləşdirərkən” kimi mövzuların müzakirəsi planlaşdırılır. 

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə millət vəkili Asim Mollazadə və  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də daxildir.   
     





 

: 380