| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti BƏƏ-yə səfər etmişdir

2014-11-26 15:45:34

26 noyabr 2014-cü il tarixində SAM-ın nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin ən nüfuzlu beyin mərkəzi hesab olunan Strateji Araşdırmalar Mərkəzində "Cənubi Qafqazdakı münaqişələr  regional və beynəlxalq kontekstdə" mövzusunda mühazirə ilə çıxış etmək üçün Abu - Dabiyə (BƏƏ) səfər etmişdir.


SAM-ın nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktor müavini Gülşən Paşayeva və SAM-ın məsləhətçi eksperti Kamal Qasımov daxildir.


BƏƏ-nin Strateji Araşdırmalar Mərkəzində SAM-ın Direktor müavini Gülşən Paşayeva "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğursuz vasitəçilik səyləri" və SAM-ın məsləhətçi eksperti Kamal Qasımov "Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-nin rolu" mövzularında məruzələrlə çıxış etmişlər.

 

Sonda məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.  


SAM-ın nümayəndə heyəti eləcə də Abu Dabi Universitetinin rektoru Riçard Qibb və Sarbona Universiteti Abu Dabi bölməsinin prorektoru Erik Fuaçe ilə görüşmüşlər.



 

: 4140