| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Brüsseldə səfərdədir

2014-03-27 20:41:24

27 mart 2014-cü il  tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev “Cənubi Qafqazın gələcəyi: Dağlıq Qarabağ münaqişənin həllində iqtisadi təşəbbüslərin sülh quruculuq prosesinə təsiri” mövzusunda dəyirmi masada iştirak və çıxış etmək üçün Brüsselə səfər etmişlər.


Avropa Parlamentində keçirilən tədbir “Avropa geosiyasi forumu” tərəfindən təşkil edilmişdir.


Daha sonra SAM-ın nümayəndə heyətinin Avropa Siyasət Mərkəzində görüşü nəzərdə tutulub. 



 

: 566