| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti İrana səfər edəcək

2016-11-25 10:07:26

25-28 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak və çıxış etmək üçün İran İslam Respublikasına səfər edəcək. 


SAM-ın direktoru Dr. Fərhad Məmmədovun başçılıq etdiyi  nümayəndə heyətinin tərkibinə SAM-ın Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin əməkdaşları Məsiağa Məhəmmədi, Fuad Çıraqov, Kamal Qasımov və İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva daxildir. 


Səfər çərçivəsində İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin  Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil edilməsi və İranın  aparıcı beyin mərkəzlərində müzakirələr aparılması nəzərdə tutulub. 


Daha sonra SAM-ın  nümayəndə heyətinin İran XİN-nin  rəsmiləri ilə görüşəcəyi bildirilib.     



 

: 611