| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Monteneqroda səfərdə olmuşdur

2014-04-18 09:10:04

16 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Balkan ölkələrinə səfər çərçivəsində Podqoritsa (Monteneqro) şəhərinə səfər etmişdir.


Nümayəndə heyəti SAM-ın direktor müavini Gülşən Paşayeva, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə şöbə müdiri Vüsal Qasımlı və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi eksperti Ariz Hüseynovdan ibarət olmuşdur.


Səfərin ilk günü nümayəndə heyəti Donja Goriça Universitetində məruzə ilə çıxış etmişlər. SAM-ın direktor müavini Gülşən Paşayeva “Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik səyləri” mövzusunda mühazirə ilə çıxış edərək Universitetin müəllim və tələbə heyətini Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli istiqamətində həyata keçirilmiş vasitəçilik səyləri barədə məlumatlandırmışdır.


SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə şöbə müdiri Vusal Qasimli “İnkişaf edən Azərbaycan: Monteneqroda artan maraqlar” mövzusunda mühazirəsində Azərbaycanın iqtisadi inkişafından və Monteneqrodakı iqtisadi maraqlarından bəhs etmişdir.


Daha sonra SAM-ın nümayəndə heyəti "Public Policy İnstitute"-da görüş keçirmiş və tədbirin sonunda Anlaşma Memorandumu imzalamışdır.


Monteneqroya səfərin ikinci günü, 17 aprel 2014-cü il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Monteneqronun İctimai Siyasət İnstitutunun (PPI) birgə təşkilatçılığı ilə “Monteneqro-Azərbaycan iqtisadi münasibətləri: Gələcək naminə tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir.


Konfrans İctimai Siyasət İnstitutunun Proqram Meneceri Selena Tasiç və Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın açılış nitqləri ilə başlamışdır.


Daha sonra, Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyinin nümayəndəsi Mahur Qasımov, Monteneqronun Kəndlərin İnkişafı və  Kənd Təsərrüfatı Naziri Petar Ivanoviç  və Davamlı İnkişaf və Turizm Naziri Branimir Gvozdenoviç çıxışlarında ikitərəfli münasibətlərin inkişafından və artan əhəmiyyətindən danışmışlar.


Tədbirdə SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə şöbə müdiri 


Vüsal Qasımlı “İnkişaf edən Azərbaycan və Monteneqroda artan maraqlar”, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi eksperti Ariz Hüseynov “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və bunun Monteneqro üçün mümkün nəticələri”, İctimai Siyasət İnstitutunun ətraf mühit siyasəti üzrə eksperti Nina Ninkoviç “Enerji və ətraf mühitin  təhlükəsizliyi” mövzularında çıxış etmişlər.


Tədbir sual cavab sessiyası ilə başa çatmışdır.


Daha sonra SAM-ın nümayəndə heyəti Monteneqro Universitetində rektor Mira Vukçeviç və professor heyəti ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan və Monteneqroda ümumi vəziyyət, ikitərəfli münasibətlər və institutlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.



 

: 1153