| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Serbiyada səfərdədir

2014-04-15 20:45:26

14 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Belqrad (Serbiya) şəhərində səfərdə olmuşdur.

 

Nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva, İqtisadiyyatın təhlili və Qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev və aparıcı məsləhətçi Ariz Hüseynov daxildir.

 

Serbiyaya səfərin ilk günü SAM və Beynəlxalq Siyasət və İqtisad İnstitutunun birgə təşkilatçılığı ilə "Serbiya və Azərbaycan - mövcud geosiyasi mühitdə nailiyyətlər və problemlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

 

Tədbiri  Beynəlxalq Siyasət və İqtisad İnstitutunun aparıcı elmi işçisi Dragan Dukanoviç və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gulşən Paşayeva salamlama nitqləri ilə açmışlar. 

 

Konfransın “Həll edilməmiş etnik-ərazi münaqişələri: mövcud problemlər və gələcək perspektivlər" mövzusunda olan birinci sessiyasının məruzəçiləri SAM-ın Direktor müavini Gülşən Paşayeva, Belqrad Siyasi Elm Universitetinin professoru Predraq Simiç və Belqrad Universiteti fəlsəfə fakültəsinin professoru Darko Tanaskoviç olmuşdur. Sessiyanın moderatorluğunu Dragan Dukanoviç aparmışdır.

           

“İqtisadiyyat və Enerji: əməkdaşlıq imkanları” mövzusunda olan ikinci sessiyada isə məruzəçilər SAM-ın İqtisadiyyatın təhlili və Qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun professoru Slobodan Jankoviç və "Međunarodna politika" təşkilatının katibi Vladimir Trapara olmuşdur. Sessiyanın moderatorluğunu Zaur Şiriyev aparmışdır.

 

Tədbir sual-cavab sessiyası ilə başa çatmışdır.

 

Daha sonra SAM-ın nümayəndə heyəti Belgrad Universitetinin Sülh Tədqiqatlar Mərkəzində "Xəzər regionunda sülh problemləri" mövzusunda məruzələr etmişlər.   

 

Nümayəndə heyətinin Serbiya səfərinin ikinci günü, 15 aprel tarixində Beynəlxalq Münasibətlər və Davamlı İnkişaf Mərkəzində (BMDİM) keçirilən görüş zamanı SAM və BMDIM arasında birgə fəaliyyət barədə anlaşma memorandumu imzalanmışdır.  

 

Daha sonra SAM-ın nümayəndə heyətinin Serbiya Respublikasının Xarici İşlər Nazirliyində də görüşü keçirilmişdir.    



 

: 1290