| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Xorvatiyada səfərdədir

2014-04-11 18:44:14

10 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Zaqreb (Xorvatiya) şəhərində səfərdə olmuşdur.

 

Nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili-Əliyev və İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçi Gülmira Rzayeva daxildir.

 

İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunda "Azərbaycan-Xorvatiya münasibətləri: problemlər və gələcək perspektivlər" mövzusunda konfransı IBMI direktoru Sanja Tisma, Azərbaycan Respublikasının Xorvatiya Respublikasıni səfirliyinin birinci katibi Surxay Şükürov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gulşən Paşayeva açılış nitqləri ilə başlamışlar.  

 

"Qafqazda və Balkanlarda Təhlükəsizlik Məsələləri" mövzusunda birinci sessiyada SAM-ın direktor müavini Gülşən Paşayeva, SAM-ın aparıcı elmi işçi Kamal Makili-Əliyev, Siyasi Elmlər Fakültəsi, Zaqreb Universitetinin professoru Lidija Cehulic-Vukadinovic və Şimali Atlantikaya inteqrasiya təşviqi təşkilatının direktoru Denis Avdagić "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 20 il sonra", "Dağlıq Qarabağdan məcburi köçkünlərinin mövqeyi", "Qərbi Balkanlar bölgədə təhlükəsizlik problemləri" və "Avro-Atlantik inteqrasiya Cənub-Şərqi Avropada təhlükəsizliyin və sabitliyin təminatçısı kimi" mövzularında müzakirələr aparmışlar.

 

"Azərbaycan və Xorvatiya: Enerji sahəsində əməkdaşlıq perspektivləri" mövzusunda ikinci sessiyasında SAM-ın aparıcı elmi işçisi Gülmira Rzayeva, IBMI-in baş elmi işçisi Ana-Maria Boromisa və IBMI-in elmi işçisi Krševan Antun Dujmovic "Avropanın gələcəyi: Aralıq dənizi və Xəzər dənizi regionu", "Aralıq dənizi regionda strateji alyanslar" və "Əməkdaşlıq ucun enerji sahəsində perspektivlər və problemlər" mövzularında müzakirələr aparmışlar.

 

Daha sonra SAM-ın nümayəndə heyəti Xorvatiya Diplomatik Akademiyasının direktoru ilə görüşmüşlər. 

11 aprel 2014-cü il tarixində, Xorvatiyaya səfərin ikinci günü SAM-ın nümayəndə heyəti "Hrvoje Požar" Enerji İnstitutunun əməkdaşlari ilə görüşmüş və Zaqreb Universitetində mühazirələrlə çıxış etmişlər. 



 

: 1541