| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Dünya İqtisadi Forumuna dəvət alıb

2014-05-01 16:58:09

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı Dünya İqtisadi Forumunun Tbilisidə (Gürcüstan) təşkil etdiyi müzakirələrə qoşulmaq üçün Gürcüstanda səfərdədir.


Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcək inkişaf ssenarilərini müəyyənləşdirməyi məqsəd seçən bu müzakirə platforması 2013-cü ildə Davos forumunda yaradılıb. Vüsal Qasımlı bundan əvvəl İstanbulda təşkil olunan ilk müzakirələrdə də iştirak etmişdir.


Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə güclənən Azərbaycan dövləti Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcək inkişaf təmayüllərinin formalaşmasında regional lider olaraq öz töhfəsini verməkdədir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna həsr edilən regional Davos Forumun ilk dəfə Bakıda təşkil edilməsi də buna bir sübutdur.


Tbilisidə Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcək inkişaf ssenarilərini müəyyənləşdirmək üçün təşkil edilən müzakirələri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Dünya İqtisadi Forumunun Strateji Proqnozlar Departamentinin rəhbəri Kristel Van der Elst salamlama nitqləri ilə açacaqlar. Seminara Cənubi Qafqaz və Mərkəzi Asiyanı təmsil edən, eləcə də bu regionda maraqlı olan ekspertlər qoşulacaq.



 

: 537