| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Moldovada məruzə edəcək

2016-04-07 11:28:03

7-9 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı Avstriya Milli Müdafiə Akademiyasının (Austrian National Defence Academy) dəvəti ilə Moldovanın paytaxtı Kişinyov şəhərində səfərdə olacaq.

 

Dr.Qasımlı Avstriya Akademiyası, Avropa Geopolitika Forumu və Moldova hökumətinin təşkil etdiyi "Cənubi Qafqazda enerji geopolitikası" mövzusunda təşkil edilən regional seminarda məruzə oxuyacaq.


SAM-ın şöbə müdirinin məruzəsi Cənubi Qafqaz dövlətlərinin enerji siyasəti, enerji təhlükəsizliyi, münaqişələrin enerji təhlükəsizliyinə təsiri, alternativ enerji mənbələrinin istifadə imkanları və işğal altındakı Azərbaycan torpaqlarında su resurslarının idarəedilməsi barədədir.

 

Tədbirdə Avropa İttifaqı, Avstriya və Moldova hökümətinin nümayəndələri ilə yanaşı, həm də nüfuzlu dünya universitetlərinin və beyin mərkəzlərinin təmsilçilərinin çıxışı gözlənilir.

 



 

: 170