| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın şöbə müdiri Vüsal Qasımlı İtaliyaya səfər edəcək

2014-11-12 11:15:20

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri, iqtisad elmləri doktoru Vüsal Qasımlı noyabrın 13-15 tarixlərində İtaliyaya səfər edəcək.


Vüsal Qasımlı Avropa İdeyalar Şəbəkəsi (European Ideas Network) və Konrad Adenaur Fondunun təşkil etdiyi "Avropanın geosiyasi kontekstində Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı" mövzusunda beynəlxalq konfransda iştirak edəcək.


SAM-ın şöbə müdiri Azərbaycanın Avropada oynadığı geosiyasi və geoiqtisadi rol barədə məruzə edəcək. V.Qasımlının məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderlik etdiyi qitə miqyaslı meqalayihələrin Avropa üçün əhəmiyyəti təhlil olunacaq.


Azərbaycandan beynəlxalq konfransa millət vəkilləri Asim Mollazadə və Fuad Muradov, ekspertlər Zaur Şiriyev və Bəxtiyar Aslanbəyli də dəvət ediliblər.


 

: 1419