| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyətinin Yunanıstana səfərinin ikinci günü

2014-04-02 12:22:21

Səfərin ikinci günü, 1 aprel 2014-cü il tarixində Azərbaycan və Yunanıstan arasında artan münasibətlərə cavab olaraq Diplomatiya və Xarici İşlər İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi 1 aprel 2014 tarixində Afinada “Qara dəniz və Cənubi Qafqazda Təhlükəsizlik: Yunanıstan və Azərbaycanın baxışı” mövzusunda konfrans keçirmişdir.  

Tədbiri Azərbaycan Respublikasının səfiri Rəhman Mustafayev və Diplomatiya və Qlobal işlər İnstitutunun direktoru Andreas Andrianopoulos giriş sözü ilə açmışlar.

Tədbirin əsas mövzusu Qara dəniz və Cənubi Qafqazda geosiyasi təhlükəsizlik olmuşdur.

Tədbirdə Siyasi İşlər və Demokratiya Komitəsinin prezidenti Dora Bakoyannis “Regional təhlükəsizliyin təmin edilməsi vasitəsi kimi əməkdaşlıq”, Diplomatiya və Qlobal İşlər İnstitutundan Corc Filis “Enerji, Xarici siyasət və Azərbaycan-Yunanıstan əlaqələri”, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov “Azərbaycanın Qara dəniz və Balkanlara yönəlmiş xarici siyasətində enerji faktoru: Yunanıstan üçün nəticələr” və SAM-ın aparıcı elmi işçisi Heydər Mirzə "Mövcud geosiyasi konteksdə Azərbaycanın Xarici Siyasəti" mövzularında çıxış etmişlər.

Konfrans ikitərəfli və regional təhlükəsizlik baxımından dövlətlər arasında münasibətlərin inkişaf və gücləndirilməsi üçün zəmin yaradır.

Səfərin ikinci günü nümayəndə heyəti eləcə də Xarici İşlər Nazirliyinin Rusiya, Ukrayna, Belarus, Qafqaz və Qara Dəniz və Mərkəzi Asiya ölkələri üzrə A5 Direktoratlığının rəisi Giorgos Poukamisas ilə, Xarici İşlər Nazirliyinin RF, digər MDB ölkələri və QDİƏT ölkələri üzrə iqtisadi əməkdaşlıq üzrə B2 Direktoratlığının rəhbəri, səfir Petros Panagiotopoulos ilə və Azərbaycan-Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri D. Kyriazidis ilə görüşlər keçirmişlər. 

Səfərin son günü, 2 aprel 2014-cü il tarixində, nümayəndə heyətinin Yunanıstanın Avropa və  Xarici Siyasət üzrə Ellenik Fondunun (ELIAMEP) direktoru Tanos Dokos ilə görüşü və razılaşma memorandumunun imzalanması planlaşdırılır.



 

: 1163