| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Londonda “Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində” mövzusunda konfrans keçirəcək

2013-07-03 06:22:35

4 iyul 2013-cü il tarixində London şəhərində (Böyük Britaniya) SAM-ın və Birləşmiş Krallığın Müdafiə və Təhlükəsizlik Tədqiqatlar İnstitutunun (Royal United Services İnstitute for Defence and Security Studies (RUSİ) birgə təşkilatçılığı ilə "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində” mövzusunda konfrans keçiriləcək. 

Konfransda "Maliyyə böhranı zamanı Avropanın Cənubi Qafqaza yardımı”, "Dağlıq Qarabağ münaqişəsində Böyük Britaniyanın rolu”, "Britaniya-Azərbaycan: əməkdaşlıq üçün perspektivlər” kimi mövzuların müzakirəsi planlaşdırılır. 

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev daxildir. 

Tədbirdə Avropa Birliyi Naziri David Lidinqton, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Xəzər İbrahim, Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Piter Beytman, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və s. iştirakı nəzərdə tutulub.   


 

: 444