| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktor müavini Mərakeşə səfər edəcək

2013-01-24 03:42:00

25-26 Yanvar 2013-cü il tarixlərində Mərakeş Krallığında "Regional və beynəlxalq təhlükəsizlik üzrə Sahel böhranının əksetməsi və perspektivləri” mövzusunda "Mərakeş Təhlükəsizlik Forumu”-nun IV Beynəlxalq yığıncağı təşkil ediləcək.

Tədbirdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva "Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda çıxış edəcək.    

Bu Forum yüzlərlə yüksək səviyyəli iştirakçını - mülki və hərbi məsul olan işçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, təhlil, müzakirə və təcrübə mübadiləsi məqsədi ilə Afrika, Amerika, Avropa, Asiya ekspertlərini bir araya gətirəcək.


 

: 58