| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru Ali Neft Məktəbində məruzə ilə çıxış etmişdir

2012-12-15 23:39:00

15 dekabr 2012-ci il tarixində SAM-ın direktoru, Fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov Ali Neft Məktəbində "Azərbaycan: Geosiyasi kimlik” mövzusunda məruzə ilə çıxış etmişdir.

Coğrafi baxımdan Şərq və Qərbin qovşağında yerləşən, İslam və Türk dünyasının bir hissəsi olan Azərbaycan Respublikasının Avropaya siyasi-iqtisadi və mədəni inteqrasiyası genişləndikcə, onun geosiyasi əhəmiyyəti də artmaqdadır. Unikal geosiyasi mövqeyə, zəngin təbii ehtiyatlara, sürətlə inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə bu gün fərqli sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynamaqla, postsovet məkanındakı müsəlman dövlətinin qısa vaxt ərzində iqtisadi-siyasi və mədəni inkişafının, zəngin tolerantlıq ənənələrinin, xalqların tarixən birgəyaşayışının bariz nümunəsidir. Bütün bu amillər Azərbaycana mühüm geoiqtisadi və geosiyasi üstünlüklər versə də, məhz onların sayəsində regionda həlledici mövqeyə, böyük potensiala malik dövlət kimi xarici mənafelər üçün cəlbedici olmuşdur. Azərbaycanda vətəndaş birliyinin təminatına yönəldilmiş daxili siyasətin, milli maraqların ödənilməsinə istiqamətləndirilən xarici siyasətin bir-birini tamamlaması, mükəmməl strategiyanın müəyyənləşdirilməsi ilk növbədə bu təhdidlərin qabaqlanmasında və qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçilərinin mütəmadi olaraq Ali Neft Məktəbində məruzələrlə çıxışları planlaşdırılır.


 

: 380