| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru və aparıcı elmi işçisi Çin Xalq Respublikasına səfər edəcək

2013-01-18 04:04:00

Çin Xalq Respublikasının (ÇXR) nüfuzlu beyin mərkəzlərindən biri  olan ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandumun imzalanması məqsədilə SAM-ın direktoru Fərhad Məmmədov və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov 19 - 23 Yanvar 2013-cü il tarixlərində Pekin şəhərinə səfər edəcək.   

Səfər zamanı ÇXR-in Sosial Elmlər Akademiyası yanında Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun rəhbəri, ÇXR-in Dövlət Şurasının İnkişaf Araşdırma Mərkəzi yanında Avropa-Asiya Sosial İnkişafı Araşdırma İnstitutunun rəhbəri və ÇXR-in Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İdarəsinin rəisi və Çinin digər tanınmış elm adamları ilə görüşləri və CCTV-nin rusdilli kanalına müsahibə nəzərdə tutulmuşdur.



 

: 47