| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın dövri nəşri “Strateji Təhlil” jurnalının növbəti sayı üçün məqalələrin qəbulu davam edir

2014-02-07 05:54:22

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin  təsisçiliyi ilə nəşr olunan "Strateji təhlil” elmi jurnalına 2014-cü ilin 1-ci rübü üçün məqalələrin qəbulu davam edir.

Jurnalda əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və psixologiya kimi ictimai və humanitar elm sahələrini əks etdirən məqalələr və aktual məsələlərə dair müəlliflərin baxışları dərc edilir. 

Məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və Strateji Araşdırmalar Mərkəzinin qaydalarına tam cavab verməli, akademik səviyyədə hazırlanmalıdır.  

Məqalələrin tərtib olunma qaydaları, strukturu və həcmi haqqında ətraflı məlumatla SAM-ın internet səhifəsindən ("Nəşrlər” bölümündən) (www.sam.gov.az) tanış olmaq olar. 

Redaksiyaya təqdim edilən məqalələr (əlyazmalar) mütəxəssislər (resenzentlər) tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa tövsiyə və ya təqdim edilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Məqalələr resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə dərc edilir.

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları "Strateji təhlil” jurnalına aiddir. Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.

Dərc olunmuş məqaləyə görə müəllifə qonorar və jurnalın bir nüsxəsi verilir.

Qeyd edək ki, "Strateji təhlil” jurnalı AR Ədliyyə Nazirliyində (qeydiyyat № 3236) və Beynəlxalq Standart Seriya Nömrəsi Mərkəzində (ISSN 2078-8037) qeydiyyata alınmış, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmişdir.

Redaksiyanın ünvanı: 
AZ 1005,  Bakı şəhəri, M.İbrahimov küçəsi 8. 
Strateji Araşdırmalar Mərkəzi.
Əlavə məlumat üçün ələqə telefonları: 
596-82-36 / 37 (daxili 130/137).
 
"STRATEJİ TƏHLİL” jurnalının redaksiyası



 

: 649