| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın eksperti Dubayda keçirilən “Boru Kəmərlərinin Qurulması, Bütövlüyü və Xidməti“ Konfransında iştirak edir

2012-10-08 06:05:00

8-10 Oktyabr 2012 ci il tarixlərində Dubayda, "Burj-Xalifa” otelində "Bilik Mərkəzi” tərəfindən BƏƏ-nin Energetika Nazirliyinin dəstəyi ilə "Boru Kəmərlərinin Qurulması, Bütövlüyü və Xidməti” mövzusunda  konfrans keçirilir.

Konfransda Azərbaycan, Rusiya, Norveç Krallığı, İsveçrə, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, BƏƏ, Venesuela, Fransa, İspaniya, Almaniya, ABŞ, Belçika, Bəhreyn, Livan, Hindistan və s. 22 ölkədən 200-ədək  nümayəndə ilə təmsil olunur.

Azərbaycan təmsilçisi Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Gülmira Rzayeva idarə heyətində əsas məruzəçi kimi öz təcrübəsini bölüşərək, bu sahə üzrə Azərbaycanın Xəzər dənizi sektorunda apardığı fəaliyyətlərlə və qazandığı təcrübə ilə əlaqələndirici şəxs qismində çıxış edəcək.

Konfransın əsas məqsədi neft və qaz sahəsində aparıcı rol oynayan mütəxəssislərin bir araya toplanmasıdır.



 

: 353