| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın əməkdaşı Corc Marşal Mərkəzində təhlükəsizlik mövzusunda tədqiqatlar aparacaq

2011-09-16 04:55:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Almaniyanın Qarmiş-Partenkirxen şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzi tərəfindən Ali Təhlükəsizlik Proqramında iştirakla bağlı dəvət almışdır. Proqram çərçivəsində regional və beynəlxalq təhlükəsizlik sahəsində Avropa və Amerikanın aparıcı elm adamlarının məruzələri, ABŞ-a təcrübə səfəri nəzərdə tutulub. Proqramın sonunda iştirakçıların təhlükəsizlik mövzusunda təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzi ABŞ-ın və Almaniya Müdafiə Nazirliklərinin təhlükəsizlik və müdafiə tədqiqatları sahəsində unikal institutdur. 1993-ci ildən etibarən Mərkəz sülh, təhlükəsizlik sahəsində Şimali Amerika, Avropa və Avrasiya arasında əməkdaşlığın təşviqi və xüsusilə müdafiə sahəsində, demokratik institutlarla bağlı tədqiqatların və sabit təhlükəsizlik mühitinin gücləndirilməsi missiyasını yerinə yetirir.



 

: 403