| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın təşkilatçılığı ilə Azərbaycan - Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir

2017-11-08 09:03:30

8 noyabr 2017 – ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan -Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.


Tədbir ADİU-nun rektoru, professor Ədalət Muradov, SAM-ın direktoru Dr. Fərhad Məmmədov, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Məsud Özcan, Türkiyənin Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Ərkan Özoralın açılış nitqləri ilə başlamışdır.


Daha sonra, Türkiyənin Ədalət və İnkişaf Partiyası Samsun millət vəkili, TBMM Xarici əlaqələr Komissiyasının üzvü Həsən Bəsri Kurt, SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyev, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Çiydəm Tənkər Göksal, UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri İrşad Kərimov, Türkiyənin Qazi universitetinin müəllimi Bakir Tümən Somuncuoğlu və Türkiyənin İran Araşdırmalar Mərkəzinin direktoru Haqqı Uyqur Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri və hər iki ölkə arasındakı mövcud əlaqələr barədə çıxış etmiş, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparmışlar.


Qeyd edək ki, elmi-praktiki konfrans Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 25 ildə əldə etdiyi nəaliyyətlərinin müzakirəsi ilə davam etmişdir.

 

 

 

 

 

 



 

: 176