| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM və CIFE-ın (Fransa) birgə təşkilatçılığı ilə "Qara Dəniz Regionunda Geosiyasət" mövzusunda Yay Universiteti öz işinə başlamışdır

2014-08-19 12:46:16

23 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və CIFE-ın (Fransa) birgə təşkilatçılığı ilə "Qara Dəniz Regionunda Geosiyasət" mövzusunda Yay Universiteti öz işinə başlamışdır.


Tədbirin açılışından öncə qonaqlar Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət etmişlər.


Tədbiri Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov (SAM), Azərbaycan Respublikası Prezidentinin Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin böyük məsləhətçisi Turab Qurbanov və Yay Məktəbi Proqramının direktoru Marie-France Perdigon (CIFE) açılış nitqləri ilə başlamışlar.


Yay məktəbinin ilk günü Moldovanın Fransadakı səfiri Oleg Serebrian (Moldova) "Avropa İttifaqı və Qara Dənizdə Yeni Geosiyasi Vəziyyət", SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı “Qara Dəniz Regionunun Geo-İqtisadi Xəritəsi”, Xəzər Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər departamentinin Direktoru Muxtar Hacızadə “Qara Dəniz Regionu: Kompleks Regionalizm” mövzularında məruzələr etmişlər.


Tədbirin növbəti günləri Taleh Ziyadov (ADA Universiteti) “Qara Dəniz Regionunda Nəqliyyat və logistika: İpək Yolu”, Laura Nequra (Rumıniya) “Qara Dənizin Statusu, mübahisəli İlan adası (Snake İsland)”, Rüstəm Məmmədov (Bakı Dövlət Universiteti, Beynəlxalq İctimai Hüquq) “Xəzər Dənizinin Statusu”, Turab Qurbanov (Azərbaycan Respublikası Prezidentinin Prezident Administrasiyası) “Qara Dəniz regionu və Azərbaycanın xarici siyasəti”, Elena Vasilina (Qara, Körfəz və Aralıq dənizi Araşdırma Mərkəzinin Prezidenti, Fransa) “Avropa geoiqtisadiyyatı və geosiyasəti”, Anar Vəliyev (ADA Universiteti) “Post-Sovet ölkələrinin Urbanizasiya Siyasəti”, Kristian Kleutinks (AB-Rusiya Dialoqu, Haaqa Clingendael Beynəlxalq Enerji Proqramının baş elmi işçisi) “Enerji Keçidi və Azərbaycana təsiri”, Gülmira Rzayeva (SAM)“Qara Dəniz regionunda enerji məsələləri”, Rövşən İbrahimov(SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri) “Avropa İttifaqının Post-Sovet ölkələri ilə münasibəti: Vilnyus Sammiti və sonrası”, Prof. Madeleine Hubin (Liège Universiteti, Belçika)“Cənubi Qafqazda təhlükəsizlik təhdidləri və risklər –Gürcüstan” mövzularında mühazirələrlə çıxış edəcək.


"Qara Dəniz Regionunda Geosiyasət" mövzusunda Yay Universiteti öz işini 28 iyul 2014-cw il tarixinə qədər davam etdirəcək. 



 

: 1821