| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Almaniyada səfərdədir

2017-11-27 05:37:52

26-29 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdədir.

 

Nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Fərhad Məmmədov, İqtisadiyyatın təhlili şöbəsinin elmi işçisi Mahir Hümbətov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanov və SAM-ın Məsləhətçi-eksperti Elçin Mirzəyev daxildir.

 

 

Səfərin ilk günü Robert Boş fondunun, Avropa Siyasəti İnstitutunun, Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

Səfərin ikinci günü SAM və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Almaniya arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş elmi simpozium keçiriləcəkdir.

 

 

Hökumət nümayəndələri, elm xadimləri, eləcə də Cənubi Qafqaz regionu üzrə ekspertlərin iştirakı ilə keçiriləcək tədbirdə iki ölkə arasındakı mövcud diplomatik münasibətlərin tarixi və inkişaf perspektivləri, Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində strateji əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasişəsinə dair mövzular müzakirəsi ediləcəkdir.

 



 

: 154