| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın elmi işçisi Qazaxıstanda səfərdədir

2017-11-13 13:44:17

13-15 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Mahir Hümbətov  “Geolokasiyanın faydaları: Mərkəzi Asiya Qlobal Tranzit şəbəkəsi kimi” mövzusunda keçirilən regional konfransda istirak etmək məqsədilə Astanada (Qazaxıstan Respublikası) səfərdədir.

 

Sözügedən regional konfrans Alman Əməkdaşlıq Cəmiyyəti (GIZ GmbH) və Qazaxıstan Prezidenti yanında Straretji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə "Mərkəzi Asiyada Ticarətin asanlaşdırılması" proqramı çərçivəsində həyata keçirilir və konfransda Mərkəzi Asiyada transit potensialının inkişaf etdirilməsi, tranzit proseduralarının sadələşdirilməsi və transit dəhlizləri, eyni zamanda Mərkəzi Asiya vasitəsilə regionaldaxili tranzit potensialının təşviq edilməsi kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.

 

Mahir Hümbətov tranzit potensialının artırılması və onun praktiki tətbiqinə həsr edilmiş paneldə “Şərq-Qərb, Şimal-Cənub nəqliyyat perspektivlərini birləşdirən Mərkəzi Asiya perspektivi: Azərbaycanın məsələyə baxışı” mövzusunda çıxış edəcəkdir.



 

: 90