| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin beyin mərkəzlərinin sammiti keçirilmişdir

2016-10-13 15:20:45

26 sentyabr 2016-cı il tarixində Pekin (ÇXR) şəhərində ŞƏT-nın üzv ölkələrinin beyin mərkəzlərinin sammiti keçirilmişdir. 


Tədbirdə 18 ölkənin 30-dan çox tanınmış elm adamları və region üzrə mütəxəssisləri iştirak etmişdir.   

 

Çin tərəfindən ÇXR Xarici İşlər Nazirinin köməkçisi Kon Xuanyou tədbiri açıq elan edərək qeyd olunan təşkilatın regionun təhlükəsizliyinə, iqtisadi çağırışlar üçün yeni bir səhifə açılmasını, üzv ölkələr arasında bərabər hüquq və qarşılıqlı etimad şəraitində praqmatik əməkdaşlığa təkan verməyi, humanitar sahədə də əlaqələri daha da dərinləşdirməsinin önəmliliyini vurğulamışdır. Tədbirdə həmçinin ŞƏT-nın katibi Rəşid Alimov və digər qonaqlar da çıxış etmişlər.


Tədbir zamanı SAM tərəfindən nəşr olunan kitabların təqdimat mərasimi də keçirilmişdir. SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov kitablar haqda ətraflı məlumat vermişdir.

 



 

: 269