| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

İstanbulda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə dair müzakirələr keçiriləcək

2011-10-27 04:43:00

29-30 oktyabr 2011-ci il tarixində İstanbulda Türkiyənin Orta Doğu Texniki Universiteti(ODTÜ), Türkiyə Odalar və Borsalar Birliyi Universitetinin(TOBB) birgə təşkilatçılığı və Türkiyə Xarici Işlər Nazirliyi nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə "Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi: yenidən canlandırma perspektivi” adlı beynəlxalq tədbir keçiriləcək.

Tədbirdə Azərbaycan, Türkiyə, Ermənistan və müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin mövcud durumu və inkişaf perspektivləri, region dövlətlərinin iki ölkə arasındakı münasibətlərə baxışı, Cənubi Qafqazdakı siyasi vəziyyətin inkişaf dinamikası kimi məsələlər müzakirə ediləcək.

Müzakirələrdə iştirak edəcək SAM-ın eksperti Zaur Şiriyev, konfransın "Türkiyə-Ermənistan münasibətlərinin norşallaşmasının regional və beynəlxalq tərəfləri” başlıqlı panelində Azərbaycanın məsələ ilə bağlı mövqeyi, Dağlıq Qarabağ münaqişəsinin bu konteksdə həllinin vacibliyi və perspektivlərə dair məruzə ilə çıxış edəcək.

Konfransda Corc Vaşinqton Universitetinin professoru Kori Velt, Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, professor Kamer Kasım, Beynəlxalq Böhran Qrupundan Sabine Freyzer, eləcə də bir sıra ermənistanlı ekspertlər məruzə ilə çıxış edəcəklər.



 

: 427