| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Caucasus International" jurnalının növbəti sayı çapdan çıxmışdır

2016-07-26 13:23:21

"Caucasus International" jurnalının çapdan çıxan yeni sayı (Vol. 6 • No: 1 • Summer 2016) son illər regionda ən çox müzakirə edilən mövzulardan olan trans-Avrasiya nəqliyyat şəbəkəsi, nəqliyyat siyasəti və iqtisadiyyatı kimi mövzulara həsr edilmişdir.


Jurnalın yeni sayında qeyd edilən mövzunun əsas aspektlərini əhatə edən 11 məqalə əksini tapmışdır. Jurnalda həmçinin cari ilin aprel ayında cəbhə xəttində gərginliyin kəskin şəkildə yüksəlməsindən sonra yenidən bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə həsr edilmiş məqalə də dərc edilmişdir.


Ənənəvi olaraq, jurnalın qeyd edilən sayı Mark Linçin (Marc Lynch) "Yeni ərəb müharibələri: Yaxın Şərqdə üsyanlar və anarxiya" kitabının geniş icmalı, regionumuza dair nəşr edilmiş bir sıra digər kitabların isə qısa icmallarına yer verilmişdir.



 

: 1084