| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM "Azərbaycan xarici siyasətinin üçtərəfli istiqaməti" adlı kitab nəşr etmişdir

2016-01-08 10:33:05

2015-ci ildə ABŞ, İtaliya, Almaniya və Türkiyədən olan 6 müəllif və ekspert Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan formatlarının ayrı-ayrı aktual aspektlərini tədqiq etmişlər. Tədqiqatların nəticəsində Azərbaycanın üçtərəfli xarici siyasətinin müxtəlif formatlarına dair məqalə və hesabatları dərc edilmişdir. 

 

Bu mövzuların Azərbaycan Respublikasının milli maraqları üçün aktuallığını nəzərə alaraq, SAM "Azərbaycan xarici siyasətinin üçtərəfli istiqaməti" (Trilateral dimension of Azerbaijan’s foreign policy) adlı kitab nəşr etmişdir.

 

Hesabatlarda Azərbaycan Respublikası üçtərəfli formatların əsas təşəbbüskarı və iştirakçısı kimi təqdim olunmuş, onun çox mürəkkəb geosiyasi şərait və beynəlxalq münasibətlər fonunda xarici siyasəti ilə geniş Avrasiya coğrafi məkanında sülhün, sabitliyin və təhlükəsizliyin təminində, iqtisadi inkişafın və ticarət əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolu işıqlandırılmışdır.

 

Kitabın redaktorları Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və mərkəzin elmi işçisi Fuad Çıraqovdur.



 

: 2175