| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Wenhui Xinmin United Press Group korporasiyasının baş direktoru Miao Guo Cinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

2010-12-14 18:51:00

Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Wenhui Xinmin United Press Group korporasiyasının baş direktoru Miao Guo Cinin başçılıq etdiyi nümayəndə heyəti 14 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuş və SAM-ın direktoru Elxan Nuriyevlə görüşmüşlər. Görüş zamanı Elxan Nuriyev qonaqlara SAM-ın fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat vermişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayan tərəflər həmçinin humanitar sahədə - elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və Çin Xalq Respublikası arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını qeyd etmişlər.

Regionda cərəyan edən proseslərə toxunan SAM-ın rəhbəri Elxan Nuriyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonaqların nəzərinə çatdırıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Çinin nüfuzlu təşkilatlarında sayılan Wenhui Xinmin United Press Group korporasiyasına 5 gündəlik, 6 həftəlik qəzet və 6 digər nəşrlər aiddir.



 

: 134