Ağsu pambıqçıları məhsul yığımına başlandı - Yığılan məhsul məntəqəyə təhvil verilir

Ağsuda pambıq məhsulunun yığılıb məntəqələrə təhvil verilməsi prosesinə başlanılıb. Cari ildə rayonda 600 hektar sahədə pambıq yetişdirilib. Məhsulun təqribən 70 faizi maşın, qalan hissəsi isə əllə toplanacaq. Bu məqsədlə hələlik 3 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib. Məhsulun yığılıb təhvil verilməsi üçün 600 nəfərədək işçi qüvvəsi cəlb olunub. Ümumilikdə Ağsu rayonunda pambıqçılıqla məşğul olan 37 fermer təsərrüfatı vardır ki, onlar da məhsul istehsalı ilə əlaqədar MMC ilə müqavilə bağlayiblar.

Elçin Məmmədov - AĞSU DAİM-in direktor müavini

Fermerlərə aqrotexniki qaydaların aparılması barədə tövsiyələr verilibdəstək göstərilmişdir. Bütün sahələrdə aqrotexniki qaydalar lazımi səviyyədə aparılıb. Sahələrdən bol məhsul gözlənilir. Biz bundan sonra da fermerlərə dəstək olacağıq, onlara köməklik edəcəyik və pambığı vaxtında itkisiz yığıb məntəqəyə təhvil verməsinə onlara köməklik göstərəcəyik.

Orxan Məmmədov - MMC-nin direktoru

Məntəqəyə ilkin olaraq pambıq gəlir, pambıq tərəzidə çəkildikdən sonra onun zibilliyi, nəmliyi hesablanır, Çəkidən sonra həmin pambıq taylara vurulur, texnikanın boş çəkisi çəkildikdən sonra fiziki çəkib pambıq hesablanır və laborotoriya tərəfindən nəmlikdən zibillikdən çıxmış kütlədən biz xam pambıqdan kondisiya kütləni əldə edirik.

Nəzakət Abuzərova - fermer

Hektar əkmişəm, Şükür yaxşıdır, pambığımız da, məhsulumuz da yaxşıdır. Həm də özüm mexanizatoram, özüm əkmişəm, özüm də gətirmişəm təhvil verməyə, İnşallah arası gözləyirik. Hektarın yığmışam, 3 ton gətirmişəm, yerində çəkiblər, haqqımızı da ödəyiblər, hər şey də yolundadı

atv.az

Mənbə:
0
1171
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar