DÜNYA MƏNİM OLAR, MƏN DƏ DÜNYANIN

Vüqar Əhməd

DÜNYA MƏNİM OLAR, MƏN DƏ DÜNYANIN

 

Kiminə pərişan, kiminə şadlıq,

Şadlığın sonu da bir pərişanlıq.

Mən sağlam olaydım kaş bircə anlıq,

Dünya mənim olar, mən də dünyanın.

 

Hər yaşanan bir gün bəlkə səadət,

Xəyallar cahanı edir səyahət.

Bilsəm əməlimdə yoxdu qəbahət,

Dünya mənim olar, mən də dünyanın.

 

Arzular tükənmir, hey əldən salır,

Gözlərim yol çəkir, xəyala dalır.

Kim məni sevirsə, mənimlə qalır,

Dünya mənim olar, mən də dünyanın.

Gecənin sükutu gündüz olaydı,

Deyilən kəlmələr kaş düz olaydı.

Qəlbimə ilahi bir nur dolaydı,

Dünya mənim olar, mən də dünyanın.

***

M. Rövşən

NƏ DÜNYA BİZİM

( Vüqar Əhmədə dost cavabı)

Şair, bu dünyadan vəfa gözləmə,

“Dünya mənim, mən də dünyanın” demə.

Verdiyi min dərdə yoxsa bir çözüm,

Nə biz dünyanınıq, nə dünya bizim.

Əzəldən belədir işi rüzgarın,

Kiminə mehriban, kiminə zalım.

Belə bir ayəsi vardır Quranın,

Nə dünya bizimdir, nə biz dünyanın.

Şair Vüqar özü dünya yaratsın,

Bir toxumla hündür çinar ucaltsın.

Hər yarpaqda bir insanlıq boy atsın,

Onda mən də deyərəm bu cahanın,

Həm özü bizimdir, həm biz dünyanın.

 

Analoq.az

 

Mənbə:
0
559
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar