Qarabağ Universitetində vakansiya var
İQTİSADİYYAT
22:50
09.03.2024
Baxılıb: 1813
Qarabağ Universitetində vakansiya var

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə “Qarabağ Universiteti” yaradılıb.

 

Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə aid edilib.

 

Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin edilməsi məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.

 

Vəzifə: proqram rəhbəri

İşin təsviri:

1. müvafiq ixtisaslar üzrə fakültənin/məktəbin strukturuna dair təkliflərin hazırlanması;

2. müvafiq ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması;

3. müvafiq ixtisaslar üzrə təsdiq edilmiş təhsil proqramlarına uyğun tədris planları və digər tədris sənədlərinin hazırlanmasında iştirak;

4. fakültənin/məktəbin profilinə uyğun olaraq professor-müəllim heyətinə olan tələblərin müəyyən edilməsi və bu tələblərə uyğun şəxslərin işəgötürülməsi prosesinin təşkili;

5. fakültə/məktəb Elmi Şurasına sədrlik; 

6. fakültə/məktəb Elmi Şurasında vəzifələrin tutulması üçün seçkilərin (professor, dosent, baş müəllim, müəllim, assistent) keçirilməsinə rəhbərlik;

7. fakültədə/məktəbdə tədris prosesinin, tərbiyə və elmi-tədqiqat işlərinin təşkili;

8. təhsil proqramlarının icrasına rəhbərlik;

9. metodiki işin aparılmasına, elmi konfrans və seminarların təşkilinə nəzarət;

10. tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunması;

11. tələbələrin ixtisasları üzrə təcrübə keçməsinin təşkili;

12. təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı tədbirlərin görülməsi;

13. tələbə və məzunlara karyera məsləhət xidmətlərinin göstərilməsi. Qeyd: “Müvafiq ixtisaslar” dedikdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət və turizm ixtisasları başa düşülür.

 

Tələblər:

1. elmi dərəcə və (və ya) elmi ad;

2. müvafiqprofilli ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə minimum 3 il elmi-pedaqoji təcrübə;

3. ən azı B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması arzuolunandır);

4. liderlik və idarəetmə bacarığı;

5. innovativ, yaradıcı və interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

6. tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

7. yüksək kommunikasiya bacarığı.

Tələb olunan sənədlər:

1. tərcümeyi-hal;

2. ali təhsili təsdiq edən sənədlərin surəti;

3. dərc olunmuş elmi məqalələrin siyahısı;

4. müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxışı – maksimum 500 söz);

5. tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Qeyd: Universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar. Müraciət üçün son tarix: 15 mart 2024-cü il Elektron poçt ünvanı: [email protected]

Digər xəbərlər