“Ermənilər İsrail ilə Azərbaycanın arasını vura bilməyəcəklər” - Avraam Şmuleviç

Yəhudi politoloq: “İsrail bayraqlarını yandıran ermənilər istədiklərinin əksinə nail olacaqlar”.

Azərbaycanla İsrail arasındakı münasibətlər bir çox ölkələrin gözündə tikana çevrilib, bəziləri isə, hətta bundan bərk əsəbiləşdiklərini də gizlətmirlər. Ancaq reallıq budur ki, İsrail Qarabağdakı döyüş əməliyyatları başlayandan bəri, açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir və dünya erməni lobbisinin bəzi təzyiqlərinə baxmayaraq, silah dəstəyini və satışını davam etdirir.

Bu gün dünya geosiyasətində İsrail faktoru xüsusi rol oynayır. Müsəlmanların xoşuna gəlsə də, gəlməsə də, təsirinə görə, dünyanın bir çox dövlətindən daha böyük olan və indi Azərbaycanın tərəfində olan kiçik bir İsrail və nəhəng dünya yəhudi icması var. Bu münasibətlərin formalaşmasında həm obyektiv, həm də subyektiv ilkin şərtlər mövcuddur: bütün tarixi boyu Azərbaycan xalqı heç vaxt antisemitizm nümayiş etdirməyib, əksinə, dünyanın ən böyük kompakt dağ yəhudilərinin məskunlaşması burada yerləşir və digər tərəfdən, dövlətlərarası səviyyədə münasibətlər də dərin köklərə malikdir.

Düzdür, dünya erməniləri bu münasibətlərdə müəyyən bir parçalanmaya səbəb olmaq ümidlərini itirmirlər. Lakin onlar öz addımları ilə Bakı ilə Təl-Əviv arasındakı münasibətləri daha da gücləndirirlər.

İsrail politoloqu Avraam Şmuleviç AYNA-ya şərhində deyib ki, İsrail erməni lobbisinin təzyiqlərinə boyun əymir: “Rəsmi olaraq Baş Nazir Benyamin Netanyahunun təmsil etdiyi İsrail dövləti Azərbaycanla İsrail arasındakı münasibətlərin strateji xarakter daşıdığını və Azərbaycana kömək etməkdən heç vaxt imtina edilməyəcəyini bəyan edib. Ona görə də erməni lobbisinin hər hansı bir təzyiqinin heç bir təsiri olmayacaq. Hər cür təzyiqə necə müqavimət göstərəcəyimizi yaxşı bilirik”.

Onun sözlərinə görə, hərbi əməliyyatlar bitdikdən sonra ölkələrimiz arasındakı münasibətlər yalnız güclənəcək: “İndi İsrailin daxilindəki erməni icması, müxtəlif beynəlxalq təşkilatlar və KİV-lər, xüsusən də ermənilərin təsiri altında olan Rusiya mətbuatı həm Azərbaycana, həm də İsrailə təzyiq göstərməyə çalışır. Azərbaycan döyüş meydanında qalib gəlir, lakin informasiya sahəsində fəaliyyəti o qədər də nəzərə çarpmır, lakin bununla belə, bu, ölkələr arasındakı dövlətlərarası münasibətlərə təsir göstərməyəcək. Döyüş meydanında nə qədər çox qələbə olsa, medianın təzyiqi də o qədər güclü olacaq, amma bu zaman medianın mübahisə predmeti zəifləyəcək”.

Ermənistanın öz səfirini İsraildən geri çağırmasına münasibət bildirən analitik, bunun yalnız təəccüb doğurduğunu söyləyib: “Əslində, Ermənistan səfiri İsrailə, Qarabağda müharibə başlamazdan iki həftə əvvəl gəlmişdi. Azərbaycanla İsrail arasında münasibətlər isə uzun illərdir davam edir və Ermənistan səfiri, necə deyərlər, gəldi-gedərdi”.

“Düşünürəm ki, məhz bugünkü situasiyada səfir özünü sübut edə bilər və əslində səfirin işinin əsas qayəsi olan edərdi - müxtəlif strukturlarla və siyasətçilərlə danışıqlar aparardı. Ancaq ermənilər onu geri çağırmağa qərar verdilər və bu da İsraildə böyük təəccüblə qarşılandı”, - Şmuleviç vurğulayıb.

Yəhudi ekspertin sözlərinə görə, Ermənistanda və dünyanın digər ölkələrində ermənilər tərəfindən İsrail bayraqlarının yandırılması İsrailin bu münaqişəyə baxışının dəyişməsinə heç bir şəkildə təsir göstərməyəcək: “Səfiri geri çağıraraq, İsrail əleyhinə antisemitizm fəaliyyətini mediada təbliğ edərək, onlar istədiklərinin əksinə nail olacaqlar - İsrail ilə Azərbaycan arasındakı münasibətlər daha da güclənəcək. İsrail bu gün, bütün böyük beynəlxalq oyunçulardan - ABŞ, Fransa və Rusiyadan fərqli olaraq, Türkiyədən sonra Azərbaycanı açıq-aşkar dəstəkləyən ikinci dövlətdir. “Bu mövqe qorunacaq, İsrail də beynəlxalq lobbisindən istifadə edərək, Azərbaycana beynəlxalq səviyyədə kömək etməyə hazırdır”.

1
757
1
1 şərh
Elşən Ismayılov Bizim qardasligimiz ebedidir!
22:35 12.05.2021
0
Cavab ver

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar